10 Ocak 2014 Cuma

Təlim strategiyaları

Təlim strategiyaları    


Hər dövrün dəyişkən, özünəməxsus tələbinə uyğun, istənilən dəyişikliyə (xüsusilə informasiya dəyişikliyinə) adaptasiya qabiliyyəti yüksək, öz üzərində işləməyi bacaran, öyrənməyi öyrənən, fəaliyyətində müasir texnologiyalar və dövrün tələbinə uyğun mümkün yenilikləri tətbiq edən, yüksək mənəvi keyfiyyətlərə və dünyəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək cəmiyyətin başlıca problemlərindən biridir. Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı təhsilin də rolu böyükdür. Təhsil nəinki ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət edir, eyni zamanda beynəlxalq aləmdə də ölkənin rolunu müəyyən edən əsas amillərdən biri kimi öz ağırlığını saxlayır.  Birləşmiş Millətlər Təşkilatının «Təhsil əsri» kimi elan etdiyi XXI əsrin əsas xüsusiyyətləri təhsilin inkişafına da öz təsirini hiss etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Həyat böyük bir prosesdir. Bu prosesdə  uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır, Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil  işçilərinin üzərinə düşən vəzifələrdir». Elə bu fikri rəhbər tutaraq «müasir dövrün tələbinə cavab vermək», «dünya təhsilinə inteqrasiya etmək» və sairə kimi məqsədləri özündə cəmləşdirən Təhsil islahatları həyata keçirilməyə başladı.  Bu islahatlarının nəticəsidir ki, ilk əvvəl təhsilin quruluşunda təməlli dəyişikliklər oldu. Təhsil pillələri Məktəbəqədər təhsil pilləsi, Ümumi təhsil pilləsi, Ali təhsil piləsi olaraq formalaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının təhsil tarixində ilk dəfə 2006-cı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» adlı sənəd hazırlandı və təklif və rəylər nəticəsində yenidən nəzərdən keçiriliən fənn kurikulumları 2007-ci ildə təsdiq olundu. İbtidai təhsil səviyyəsi üzrə ibtidai təlimin məzmunu və təşkili ilə bağlı zəruri məsələləri özündə əks etdirən təsdiq olunmuş konsepsiya artıq tətbiq olumağa başladı.  Milli Kurikulumun tərkib hissəsi olub, ənənəvidən fərqli olaraq mövzular yox, ayrılıqda hər bir fənnin məqsədini, məzmununu, siniflər üzrə təlim nəticələrini, təlim strategiyalarını, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən Fənn Kurikulumunun Ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsində tətbiqinə bu ildən start verildi. Ənənəvi təhsildən şəxsiyyətyönümlü, şagirdyönümlü, inteqrativlik və tələbyönümlü olmağına görə seçilən Müasir kurikulumun ən xarakterik xüsusiyyətlərindən biri  onun nəticəyönümlü olmasıdır. Ənənəvi təhsil proqramının əsas məqsədi fənlərin tədrisi idisə, Müasir Kurikulumun əsas məqsədi bacarıq və vərdişlərə malik şəxsiyyət yetişdirməkdir və bu məqsəddə fənlər sadəcə məqsədə çatmaq üçün vasitədir. Həm də kurikulumda  şagirdlərin sonda əldə edəcəyi nailiyyətlər əvvəlcədən təlim nəticələri formasında göstərilir və bütün strategiya həmin təlim nəticələrinə çatmaq üçün qurulur. Müasir Kurikulumun əsas məqsədi yaşadığı informasiya bolluğu ilə təchiz olunan cəmiyyətin tələblərinə cavab verən, tənqidi, məntiqi, yaradıcı təfəkkürə malik, özündə istənilən sahə üçün tətbiqi zəruri olan müəyyən bacarıq və vərdişləri formalaşdıran və daim öyrənən, özünü təkmilləşdirən şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

Daha ətraflı "Kurikulum" bölməsində

2 yorum:

  1. Sinkqvuik
    Mahnı isim
    Şen xarakterli,celd seslenir sifet.
    Oxuyuruq,dinleyirik fel
    Mahnının musiqisini bestekarlar besteleyir.
    İnsanda xoş ehval -ruhiyye yaradır.

    YanıtlaSil