14 Şubat 2014 Cuma


Təhsil keyfiyyətə görə dəyərləndirilməlidir


tehsil nazirliyi binadan

«Direktorların Təhsil Nazirliyində deyil, icma qarşısında hesabatına ehtiyac var»
Respublikamızın ümumtəhsil məktəblərində təhsil keyfiyyətinin aşağı olması dəfələrlə vurğulanıb. Ali məktəblərə qəbul göstəriciləri və orta məktəblərin buraxılış imtahanlarının nəticələri ilə bağlı açıqlanan son rəqəmlər də narahatçılığın əbəs olmadığını göstərdi. Elə məktəblər olub ki, ötən il IX sinfi 12-13 şagirdi bitirib, hamısı buraxılış imtahanından kəsilib. Məktəblər var, XI sinfi bitirən 18-19 şagirdindən cəmi bir-ikisi buraxılış imtahanından keçib. Maraqlıdır respublikamızda təhsil sahəsinə ayrılan vəsaitin ildən-ilə artdığı bir şəraitdə nədən təhsilin keyfiyyəti eyni sürətlə azalır?
Məsələyə münasibət bildirən Rövşən Ağayev yaranan problemi bir sıra səbəblərlə əlaqələndirir: «Ölkə qanunvericiliyinə görə, təhsil haqqında sənəd orta məktəbdə şagirdlərin bilik səviyyəsini göstərən əsas sənəddir. Amma bu gün ayrı-ayrı raylonlarda IX sinfi bitirən şagirdlərin 65-70 faizi orta məktəb imtahanlarndan kəsilmiş sayılır. Bu da tədrisin keyfiyətinin aşağı olması ilə bağlıdır. Bunun da bir sıra səbəbləri var. Bu həm müəllimlərin peşəkarlıq səviyyəsinin yetərli olmaması, həm də uzun illərdir təhsil sahəsində baş verənlərin məntiqi nəticəsidir. Son illər orta məktəbdə pedaqoji heyətin keyfiyyət tərkibi tam dəyişib. Müəllim sənətinə nüfuzun azalması, əmək haqqının çox aşağı olması səbəbindən peşəkar kadrların əksəriyyəti məktəblərdən gedib. Həmçinin, bu savadlı gənclərin müəllim ixtisasına gəlməsi hallarını kifayət qədər azaldıb. Bir qədər savadlı gənclər gələcəkdə özlərinə gəlir gətirəcək peşələrin ardınca gedir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatlarına baxanda da görürük ki, ən yüksək müsabiqə vəziyyəti hüquqşunas, həkim, iqtisadçı ixtisaslarında müşahidə olunur. Hansı ki, bu ixtisaslar gələcəkdə həmin gənclərə əmək bazarında özlərinə gəlir əldə etmək imkanı verə bilər. Bu artıq ixtisaslar arası bir tələbə-məzun axıcılığı yaradıb. İqtisadiyyatda da belə bir tendensiya var ki, hansı sahələr gəlirli sahələr deyil, həmin sahələrdən digər gəlirli sahələrə axıcılıq olur. Təxminən bunun analogiyası təhsil sahəsində özünü göstərməyə başladı. Müəllim ixtisası nüfuzdan düşdükcə gənclər digər sahələrə üz tutdular. Plan yerləri dolmadıqda isə ən aşığı bal toplayanların da pedaqoji ixtisaslara qəbulu aparıldı. Hətta 5 ballıq sistem üzrə 200-250 bal toplayan uşaqlar da pedaqoji ixtisaslara qəbul edildi. Bu isə 5 ballıq sistem üzrə 2 qiymət almaq demək idi. Köhnə kadr bankı isə əmək haqqı aşağı olduğundan peşələrini dəyişdi və məktəbdən ayrıldı. Bir qrup isə dərsdən kənar dövrdə repititorluqla məşğul olmağa başladılar. Bu gün elə müəllimlər var ki, gün ərzində 10-12 saatlıq repititorluq edir. Onlar da məktəbdə işləməkdə stimul görmədiklərindən bu addımı atdılar. Nəticədə bu günkü vəziyyət yarandı».
Büdcədən təhsilə ayrılan vəsaitin ildən-ilə artmasına münasbət bildirən R.Ağayev deyir ki, yeni məktəb binalarınn tikinisi də vacibdir: «Amma sovet təhsil sisteminin binalarının 60-70 faizi yararsız halda idi. Bu vəziyyət ötən əsrin 90-ci illərində daha da dağılıb. Amma sovet orta təhsil sistemi dünyada model sayıla biləcək təhsil sistemlərindən biri idi. Hətta bir məqalədə oxumuşdum ki, Finlandiyada sovet təhsil sistemi baza kimi götürülüb. Dünyada ali təhsil sisteminə görə, birinci yerdə Amerika təhsil sistemi olsa da, orta təhsil sisteminin inkişafına görə ilk yeri isə Finlandiya təhsil sistemi tutur. Məntiqlə hər şey yaxşı texnologiyaya bağlı olsa, sovet təhsil sistemi o qədər öndə olmazdı. Bu gün hökumət əsasən yeni məktəblərin tikintisini, təmirini önə çıxarsa da, bu kəmiyyət göstəricisidir. Təhsil isə keyfiyyətə görə dəyərləndirilməlidir. Hökumətin hədəfi olmalı idi ki, XI sinfi bitirənlərin neçə faizi ali məktəblərə daxil olur. Bu gün orta məktəblərdə qiymət ala bilmə faizi 50 faizdir. Avropa ölkələrində isə orta məktəbi bitirənlərin 85-90 faizi attestat alırlar. Hökümətin planı olmalı idi ki, orta məktəbi bitirənlərin neçə faizi ali məktəblərə qəbul olunur. Bu gün Azərbaycanda bu göstərici 20 faiz deyil. Avropada isə bu göstərici 35-40, İsraildə 50 faizdən yuxarıdır. Yaxud PISA (Programme for International Student Assessment) imtahanlarını deyək. İqtisadi Əməkdaşlıq Təşkilatı orta məktəbdə 15 yaşlı şagirdlərin biliyini qiymətləndirir. Biz bu imtahanlardan acınacaqlı nəticələr əldə edirdik. Vəziyyətin bu şəkildə olduğundan hökumət bu göstəricidən imina etdi. Amma Qazaxıstan hökuməti qarşısına məqsəd qoyub ki, PİSA qiymətləndirməsində ilk onluğa düşsün. Bizim hökumətin də hədəfləri bu olmalı idi. Bizim hökumətin hədəfləri isə orta məktəb binalarının tikintisidir. Yaxşı məktəb binalarımız olsun, içərisində təhsil olmasa da olar».
R.Ağayev deyir ki, bu sahədə görüləcək işlər çoxdur: «Yeni təhsil naziri təyin olunub. Amma sistem dəyişməsə bir fərdin etmək istədikləri ən uzağı özfəaliyyət olacaq. Nazir işləyəndən sonra yeni qəbul olunan strategiyadan başqa bir dəyişiklik görmürük. Hətta ab-havanın özünün dəyişməsini belə hiss etmirik. Pedaqoji ovqatın valideynlərinin ovqatının dəyişilməsini belə hiss etmirik. İslahatlar kadr dəyişikliyi şəklində olmamalıdır. İslahat sistemin dəyişməsi, institutların fəaliyyətinin yenilənməsi ilə bağlı olmalıdır. Kadrları dəyişmək də olar, saxlayıb işlətmək də olar. Digər tərəfdən kurikulumun ağırlığı, dərsliklərlə onlar arasında fərqlərin olması ilə bağlı fikirlər səsləndirilirdi. Amma hazırda hökumətin bu istiaqmətdə heç bir addımını görmürük. Doğrudan da, hökumət bu istiqamətdə addım atmaq istəyində olsa, bunu dəyişiklik hesab etmək olardı. Yaxıd orta məktblərə inzibati müxtariyyət verilməsinə ehtiyac var. Direktorların Təhsil Nazirliyinin deyil, icma qarşısında hesabatlılığına ehtiyac var. Çünki Təhsil Nazirliyi hansısa direktorla bəlkə də illər boyu görüşmür. Amma valideyn, şagird, müəllim hər gün direktorun qarşısında olur. O səbəbdən burada seçkili sistemin işə salınması lazımdır. Direktoru Valideynlər və Müəllimlər Şurası seçməlidir. Buna gedilsə, dəyişiklik olardı. Amma bir naziri çıxarıb, onun yerinə başqa şəxsi təyin edirlər. 5 il keçir, sonda məlum olur ki, dəyişən heç nə yoxdur. Çünki fərdlərin dəyişməsi önəmli deyil. Önəmli olan mexanizimlərin dəyişməsidir. İndii də araşdırma aparılmalıdır ki, yeni nazir gələndən sonra hansı mexanizmləri təklif edib. Hansı idarəetmə mexanizmi dəyişib. Bunlar yoxdur. Sistemin dəiyşməsi üçün orta təhsilin idarəetməsi dəyişilməlidir. Bu sahədə ictimai nəzarət mexzanizmləri artırılmalıdır. Valideyn Şuraları formallıqdan çıxaraq işlək instituta çevrilməlidir. Onlar direktoru seçən tərəfdən birinə çevrilməlidir. Qanunda göstərilməlidir ki, direktor Müəllimlər Şurası və Valideyn Şurası qarşısında hesabat verəcək. Maliyyə və təsviri hesabat bu Şuralara verilməlidir, təhsil şöbələrinə yox. Məktəblərə maliyyə müstəqilliyi verilməli, onların ayrıca bank hesabı olmalı və hesablaşmanı özləri aparmalıdır. Məktəblər şagirdlərin olimpiadalarda iştirakı da maliyyələşdirməlidir».
Ekspert deyir ki, orta məktəblər təkcə vətəndaş hazırlamaq yox, həm də bilikli vətəndaş hazırlamaq üzərində düşünməlidir: «Bilikli insan yaxşı olacaq. Dünyanın əksər ölkələrinin təhsil strategiyalarında yazılıb ki, orta məktəblərdə bilikli insan hazırlanmalıdır. Əgər bilikli insan hazırlanarsa, o həm də yaxşı insan olacaq. Düzdür, bilikli insan, yaxşı vətəndaş olmaya da bilər. Amma istənilən halda məktəb bilikli insan hazırlamağı qarşısına məqsəd kimi qoymalıdır».

13 Şubat 2014 Perşembe

Sabahın alimləri

Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF müsabiqəsində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Faktiki olaraq, bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq müsabiqəyə seçim turudur.
Müsabiqənin açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal Xanlarov, ali təhsil müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
“Sabahın alimləri” III Respublika Müsabiqəsində Bakı, Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd” Təşkilatıdır. Müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetlərinin professor-müəllim heyəti tərəfindən gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetirilir. Şagirdlərə qeyd olunan təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqat aparmaq imkanı yaradılıb.
Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri) keçirilir. Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı kollektiv, 29-u isə fərdidir. Layihələrin qiymətləndirilməsi üçün hər kateqoriya üzrə respublikamızın aparıcı alimlərindən ibarət Münsiflər Heyəti yaradılıb. Müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilir. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən və annotasiyaları təsdiq edilən layihələr buraxılır.
Üç gün davam edəcək müsabiqədə layihələrin qiymətləndirilməsi və ölkəmizin görkəmli alimləri ilə şagirglərin görüşü keçiriləcək. Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış ola biləcəklər. Sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaqdır.
Münsiflər heyəti tərəfindən seçilmiş 5 şagird cari ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqdır.

6 Şubat 2014 Perşembe

Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni elektron xidməti



Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mərkəzlər təhlil imkanına malik informasiya sistemləri ilə təmin olunub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir.
Mərkəzlərə daxil olan müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir. Müraciət, şikayət və təkliflər araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.
Məlumat bazasında qeydlər aparılır və müraciətlər bazanın arxivinə yönləndirilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.

24 Ocak 2014 Cuma

"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"


Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının icrası barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilib.

 Əmrdə qeyd olunur ki, ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılmasını təmin etməlidirlər.
Elm və ali təhsil şöbəsinə bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Əmrin və "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya şöbəsinə həvalə olunub.

Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova tapşırılıb. 

“İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası”


                      Azərbaycan Respublikası Təhsil Nazirliyi


Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir.

  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Layihə haqqında ümumi məlumat
    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir.

    Layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Son nəticədə müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.

    Layihə tərəfdaşları haqqında məlumat
    Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını Microsoft “Texnologiyalarla Tədris” (“Teach with Technology”) məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları üzrə İmtahan”ına (“Teaching Essentials Test”) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.

    Layihədə kim iştirak edə bilər?
    - Orta məktəblərdə çalışan ingilis dili müəllimləri
    - Ali məktəblərdə çalışan inglis dili müəllimləri
    - Pedaqoji kolleclərdə çalışan inglis dili müəllimləri
    - Magistratura pilləsində inglis dilin tədrisi üzrə ixtisaslaşan tələbələr

    Layihəyə necə qoşulmaq olar?
    Layihədə iştirak etmək istəyənlər www.madad.az veb səhifəsinə daxil olub, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” (http://www.madad.az/az/announcement41.php) bölməsindəki ərizə formasını (https://docs.google.com/forms/d/167To2I0LM_lF-XVqfAB7n_OEpv1vSn8gVXRrzWTqUsE/viewform) doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 31 yanvar 2014-cü il tarixindən gec olmayaraq ecbs@madad.net ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə layihədə əməkdaşlıq edən dörd təşkilatın nümayəndələri tərəfindən aparılacaq və bu mərhələdə uğur qazanan namizədlər layihənin iştirakçısı seçiləcək.

    İştirakçıların seçim meyarları
    Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir:
    - Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları
    - İngilis dili fənni üzrə kurikulum biliyi
    - Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə
    - İKT savadlılığı
    - İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar
    - Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar
    - Peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı
    - Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi
    - Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak

    Layihənin mərhələləri
    Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar:
    - Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi
    - British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi
    - Microsoft “Texnologiyalarla Tədris” təlimi
    Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2014-cü ilin fevral-may ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.

    Əlavə məlumat üçün Mədəd Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:
    Ünvan: 1058/34 Moskva prospekti (keçmiş Tbilisi prospekti)
    Bakı AZ1078, Azərbaycan
    Telefon: +994 (12) 530 8295 +994 (12) 530 8295 FREE
    Veb səhifə: www.madad.net
    E-poçt: ecbs@madad.net
    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir.

İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi
 
Layihə haqqında ümumi məlumat
Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start vermişdir.

Layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Son nəticədə müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.
 
Layihə tərəfdaşları haqqında məlumat
Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını Microsoft “Texnologiyalarla Tədris” (“Teach with Technology”) məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları üzrə İmtahan”ına (“Teaching Essentials Test”) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək. 
 
Layihədə kim iştirak edə bilər?
- Orta məktəblərdə çalışan ingilis dili müəllimləri
- Ali məktəblərdə çalışan inglis dili müəllimləri
- Pedaqoji kolleclərdə çalışan inglis dili müəllimləri
- Magistratura pilləsində inglis dilin tədrisi üzrə ixtisaslaşan tələbələr
 
Layihəyə necə qoşulmaq olar? 
Layihədə iştirak etmək istəyənlər www.madad.az veb səhifəsinə daxil olub, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” (http://www.madad.az/az/announcement41.php) bölməsindəki ərizə formasını (https://docs.google.com/forms/d/167To2I0LM_lF-XVqfAB7n_OEpv1vSn8gVXRrzWTqUsE/viewform) doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 31 yanvar 2014-cü il tarixindən gec olmayaraq ecbs@madad.net ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə layihədə əməkdaşlıq edən dörd təşkilatın nümayəndələri tərəfindən aparılacaq və bu mərhələdə uğur qazanan namizədlər layihənin iştirakçısı seçiləcək.
 
İştirakçıların seçim meyarları
Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir:
- Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları
- İngilis dili fənni üzrə kurikulum biliyi
- Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə
- İKT savadlılığı
- İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar
- Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar
- Peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı
- Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi
- Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak 
 
Layihənin mərhələləri
Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar:
- Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi
- British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi
- Microsoft “Texnologiyalarla Tədris” təlimi
Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2014-cü ilin fevral-may ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.

Əlavə məlumat üçün Mədəd Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:
Ünvan: 1058/34 Moskva prospekti (keçmiş Tbilisi prospekti)
Bakı AZ1078, Azərbaycan
Telefon: +994 (12) 530 8295 +994 (12) 530 8295 FREE  
Veb səhifə: www.madad.net
E-poçt: ecbs@madad.net

21 Ocak 2014 Salı

Müəllimlərin peşəkarlıq və İKT-dən istifadə bacarıqları qiymətləndiriləcək

Müəllimlərin peşəkarlıq və informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək


Yaxın gələcəkdə bütün fənn müəllimlərinin peşəkarlıq və informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Microsoft” Korporasiyası, “British Council” və “Mədəd Azərbaycan” təşkilatının birgə həyata keçirdiyi “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” üzrə pilot layihə işləri əsasında əldə edilən təcrübə digər fənn müəllimlərini də əhatə edəcək. Layihə haqda danışan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov qeyd edib ki, nazirlik Britaniya Şurası ilə birlikdə uğurlu əməkdaşlıq edir: 
 
“Bu illər ərzində Azərbaycanda ingilis dili müəllimlərinin peşəkar inkişafı sahəsində əhəmiyyətli layihələr həyata keçirilib. Məhz yeni texnologiyaların tətbiqini, müəllimlərin inkişafı sahəsində innovasiyaların tətbiqini Azərbaycana, bizim təcrübəmizə Britaniya Şurası gətirib və bu, çox əlamətdardır.  Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr çərçivəsində ölkəmizdə 3 mindən yuxarı ingilis dili müəllimi məhz öz peşəkarlıq səviyyəsini artırıb və bu işlər hazırda davam etdirilir. Yeni başladığımız bu layihə də həyata keçirilmiş layihələrin davamı kimi qiymətləndirilir və yaradılmış etibarlı baza üzərində uğurla həyata keçiriləcək bir layihədir”. 
Nazirlik rəsmisi gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilərək, digər fənn müəllimlərinə də şamil ediləcəyini vurğulayıb:
 
“İngilis dili müəllimlərinin sertifikatlaşdırılması Azərbaycanda ilk təcrübə kimi çox faydalıdır və bu ilk təcrübədən yararlanaraq, Təhsil Nazirliyi gələcəkdə bütün müəllimlərin peşəkar inkişafı və sertifikatlaşdırılması sahəsində əhəmiyyətli təcrübə əldə edəcək. Biz inanırıq ki, bu sertifikatlaşdırma prosesinə ilk növbədə Azərbaycanda ingilis dilinin intensiv tədrisi layihəsinin həyata keçirildiyi 50 məktəbin müəllimləri cəlb ediləcəklər və biz gözləyirik ki, həmin müəllimlər bu prosesdə fəal iştirak edərək, öz peşəkarlıq səviyyələrinin yüksək olduğunu nümayiş etdirəcəklər. Bizə verilən məlumata görə, layihə ilkin mərhələdə 100 nəfər müəllimi əhatə edəcək və sonra növbəti mərhələlərdə onların sayı 300-ə çatdırılacaq. Əlbəttə, bu, say baxımından az görünə bilər, ancaq ilk təcrübə kimi qeyd edim ki, çox faydalıdır. Bu 300 müəllim Azərbaycan təhsilində sertifikatlaşdırılmadan keçmiş ilk müəllimlər olaraq, bizim müəllim heyətinin keyfiyyətinin yüksəldilməsində çox böyük, əhəmiyyətli rola malik olacaqlar. Bu mənada bir daha Britaniya Şurası, Təhsil Nazirliyi, “Microsoft” şirkəti, “Mədəd” təşkilatı tərəfindən birgə həyata keçirilən bu layihənin xüsusi əhəmiyyətini qeyd edərək, Təhsil Nazirliyi olaraq, biz bu layihəyə bütün dəstəyimizi verməyə hazırıq. Gələcəkdə də belə layihələrin Britaniya Şurası ilə birgə həyata keçirilməsi istiqamətində çalışmaqdan məmnunuq”. 
 
Qeyd edək ki, sözügedən layihə çərçivəsində seçiləcək 300-ə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. “Microsoft” layihə iştirakçılarını “Microsoft Texnologiyalarla Tədris” məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün “Office365” mühitinin yaradılmasına dəstək göstərəcək. 
 
“British Council” Cambridge ESOL “TKT Essentials Test”-nə (Tədris Bilik və Bacarıqları üzrə İmtahan) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. “Mədəd Azərbaycan” bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək.
 
Həqiqət İSABALAYEVA 


İctnews


17 Ocak 2014 Cuma

Azərbaycanda 15000-ə yaxın nəzarətçi-müəllim seminarlarda iştirak edəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 15-dən başlayaraq seminar-məşğələlər keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
Fevralın 24-dək davam edəcək seminarlar TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarlarda 80 şəhər və rayondan olan 2100 orta təhsil müəssisəsindən 15000-ə yaxın nəzarətçi müəllimin iştirak edəcəyi gözlənilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

APA

Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı.

Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı


AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" üzrə birgə layihədə əməkdaşlıq edəcəklər. Layihə çərçivəsində seçilmiş müəllimlərin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək.

Layihə tərəfdaşlarının müəyyən öhdəlikləri var. Belə ki, Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft layıhə iştirakçılarını Microsoft məzmunu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün mühitin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL "Pedaqoji Bilik Testinin Əsasları" məzmununu və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.

"İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" layihəsi bir illik layihədir və 2014-cü ilin yanvar ayından etibarən icra olunacaq.

Layihədə iştirak etmək istəyənlər aşağıdakı ərizə formasını doldursunlar.

16 Ocak 2014 Perşembe

Müəllimlərin sertifikasiyası


Müəllimlərin sertifikatlaşdrılması gözlənilir


AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, bu sistem tətbiq olunsa, orta məktəblərdə müəllim işləyənlər sertifikatlaşdırmadan keçdikdən sonra onlara nəticələri özündə əks etdirən sənəd veriləcək: “Əgər müəllim nəzərdə tutulan yüksək nəticəni əldə edərsə, onda o, əmək fəaliyyətini davam etdirəcək və əmək haqqına əlavələr ediləcək”. O bildirib ki, əvvəlcə müəllimlər sertifikatlaşdırılmada könüllü şəkildə iştirak edəcəklər: “Yəni hansı müəllim istəyirsə, sertifikatlaşdırmadan keçə bilər. Belə bir təcrübə dünya ölkələrində tətbiq olunur. Gürcüstanda sertifikatlaşdırmadan keçən müəllimlə keçməyən müəllimin əmək haqqı arasında 500 dollar fərq olur. Bu isə müəllimlər üçün çox böyük stimuldur. 3-5 il bunu könüllü etmək olar. Bundan sonra ortaya artıq məcburi mexanizmlər qoymaq olar. Müəllim işləmək istəyən ya sertifikatlaşdırılmadan keçib məktəbdə işləməli, ya da işləməməlidir”. F. Qədirovun sözlərinə görə, hazırda Azərbaycanda belə bir proseduru həyata keçirə bilən başqa bir qurum yoxdur: “Ona görə də Təhsil Nazirliyi özü bu prosesə başlamaq və onu həyata keçirmək istəyir. Ancaq gələcəkdə bu prosedurun müstəqil təşkilat tərəfindən aparılması da mümkün ola bilər”. Müəllimlərin sertifikatlaşdırılması məsələsinə münasibət bildirən Çağ Öyrətim İşlətmələri Şirkətinin baş pedaqoji müşaviri Nazim Əkbərov deyir ki, təhsil işçilərinin belə bir yoxlamadan keçirilməsi müsbət addımdır: “Lakin, burada sertifikatlaşdırılmanın hansı qurum tərəfindən və necə həyata keçiriləcəyinə diqqət yetirmək lazımdır. Əgər, müəllimlərin sertifikatlaşdırılması obyektiv aparılmayacaqsa, o zaman bu prosesdən uğurlu nəticə gözləmək olmaz”.
“Sertifikatlaşdırılmanı təkcə orta məktəblərlə məhdudlaşdırmaq olmaz”, – deyən Nazim Əkbərovun sözlərinə görə, hər bir orta məktəb müəllimi eyni zamanda bir universitet məzunudur: “Əgər universitetdə tələbəyə normal təhsil verilmirsə, məzun olduqdan sonra həmin şəxs sertifikatlaşdırılmadan necə keçəcək. Ona görə də sertifikatlaşdırılmaya bütövlükdə təhsil sistemini əhatə edəcək şəkildə yanaşmaq lazımdır. Ən əsası isə odur ki, sertifikatlaşdırılmanı həyata keçirmək üçün elə bir qurum seçilməlidir ki, heç kim bu qurumun obyektivliyinə şübhə etməsin”.
Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqqlarının nə qədər artırıla biləcəyini açıqlamayıb. Bu məsələyə şöbə müdirinin münasibətini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən bizə cavab verən olmadı. Apardığımız təxmini hesablamalar göstərir ki, sertifikatlaşdırılmanın tətbiq olunmasından sonra Təhsil Nazirliyinə əməkhaqlarını artırmaq üçün ən azı 4,5-5 milyon dollar vəsait lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ümumtəhsil müəssisələrində 170 minə yaxın müəllim işləyir. Ölkədə 1 milyon 300 min şagird olduğu üçün məktəblərdə ən azı 100 min müəllimin (13 şagirdə 1 müəllim) işləməsi lazımdır. 100 min müəllimin əməkhaqqını Gürcüstanda olduğu kimi, ən azı 45 dollar artıra bilmək üçün Təhsil Nazirliyinin daha 4,5 milyon dollara ehtiyacı var. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin layihəsində təhsil xərclərindən əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə 152 milyon manatın ayrılması nəzərdə tutulub. 
Orta məktəb müəllimlərinin sertifikatlaşdırılmadan keçirilməsi nəzərdə tutulur. Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqlarının artırılacağı gözlənilir. Zəif nəticə əldə edən müəllimlər isə işlərini itirə bilərlər. Məlumat üçün bildirək ki, hazırda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun da qeyd etdiyi kimi, Gürcüstanda müəllimlər sertifikatlaşdırılmadan keçirilir. Qonşu ölkədə sertifikatlaşdırılmadan keçən müəllimlərin əməkhaqlarına ən azı 76 lari (45 dollar) əlavə edilir. İngilis dilini və kompyuterdə işləməyi bilən müəllimlərin əməkhaqqı isə digər müəllimlərlə müqayisədə 200 lari (120 dollar) çoxdur. Gürcüstan Prezidenti Mixael Saakaşvili mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda müəllimlərin minimum əməkhaqqı 350 lariyə (210 dollar) bərabərdir: “Ancaq sertifikatlaşdırılmadan sonra orta aylıq əməkhaqqı 600 lariyə (365 dollar) yüksələcək. Sertifikatlaşdırılmadan daha yüksək nəticə əldə edənlər isə 1000 lari (600 dollar) əməkhaqqı alacaqlar”. Onu da qeyd edək ki, Gürcüstanda 2014-cü ilə qədər bütün müəllimlərin sertifikatlaşdırılmdan keçiriləcəyi gözlənilir.

15 Ocak 2014 Çarşamba

Mikayıl Cabbarov ƏMR verdi


Mikayıl Cabbarov ƏMR verdi




Mikayıl Cabbarov ƏMR verdi


Təhsil Nazirliyi vahid informasiya siyasətinin təmin olunması istiqamətində yeni qaydalara keçir. Modern.az saytının xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” yeni əmr imzalayıb.

Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin daha səmərəli qurulması zərurəti yaranıb.

“Bu səbəbdən də nazirin yeni əmrinə görə, Təhsil Nazirliyinin KİV-lə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” Qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır”, - deyə nazirlikdən bildirilib.

O da qeyd olunub ki, Mikayıl Cabbarovun əmri Təhsil Nazirliyinin fəaliyyəti, nazirlik daxilində üfüqi informasiya mübadiləsinin təmin edilməsi, ölkənin təhsil həyatında baş ve­rən yeniliklər, həyata keçirilən islahatlar haqqında icti­maiyyətə və KİV-ə məlumatların operativ və sistemli şəkildə çatdırılmasının təmin olunması, media ilə səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.

Nazirin yeni əmrində bildirilib:

1. Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin.

2. Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təh­sil sa­hə­si­nə dair böyük ictimai maraq doğuran normativ-hü­quqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.

3. Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlar üzrə müəyyənləşdirilmiş şəxslərbu əmrin 2-ci bəndində qeyd olunan məsələlər barədə müvafiq məlumatların hazırlanaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna (Cəsarət Valehov) tapşırılsın ki,
- nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin etsin.
- nazirliyin fəaliyyəti ilə bağlı media monitorinqin aparılmasını və media planın hazırlanmasını həyata keçirsin.
- nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin.
- Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin təşkilinin təhlil olunmasını və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini təmin etsin.
- ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında cəmiyyətdə aydın təsəvvürün yaradılması məqsədilə kütləvi informasiya vasitələrində çıxışlarının təşkil olunmasını təmin etsin.
- Nazirliyin struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü müvafiq iclasın təşkil olunmasını və həmin iclas barədə qısa xülasənin hazırlanmasını təmin etsin.

Nazirin əmrinə əsasən, daxili informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü təşkil olunan iclasda Nazirliyin hər bir struktur bölməsi üzrə müəyyənləşdirilmiş şəxslərin iştirakı təmin olunmalıdır.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə edilib.

Qeyd edək ki, əmrin icrası üçün Təhsil Nazirliyinin tabeliyindəki bütün universitetlərin rektorlarına məktub göndərilib. 

Press24.az

13 Ocak 2014 Pazartesi

Dərsliklərin yaradılması üzrə təlim

Dərsliklərin yaradılması və qiymətləndirilməsi üzrə yeni təlim


Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. 




Xidmətin məqsədi: Dərsliklərin yaradılması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir. Təlim kursu dərsliyin və dərs vəsaitlərinin yaradılması metodlarına yönəldilməklə yanaşı dərsliyin yazılma prosesində kurikulumla əlaqələndirilməsi, valideyn, ali təhsil müəssisəsi, dövlət idarələri və özəl sektor kimi maraqlı tərəflərlə müzakirələrin aparılması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi mövzularını əhatə edəcəkdir. Təlimin sonunda iştirakçılar verilmiş kurikulum və yaş qrupu üzrə dərsliyin qiymətləndirilməsini aparmaq və müəlliflərə düzəliş və əlavələrin edilməsi üçün tövsiyələr vermək bacarıqlarına yiyələnəcəklər.   

Daha ətraflı: "Təhsil xəbərləri" bölməsində

Əməkhaqqı və mükafatlandırma sistemi

Azərbaycanda müəllimlər üçün əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması üçün işlərə başlanılır

Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması üçün işlərə başlanılır.
Trend Təhsil Nazirliyinin rəsmi saytına istindən xəbər verir ki, Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir. Xidmətin icra müddəti 12 aydır.
Azərbaycan Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Məsləhətçi təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır.
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

10 Ocak 2014 Cuma

Təlim strategiyaları

Təlim strategiyaları    


Hər dövrün dəyişkən, özünəməxsus tələbinə uyğun, istənilən dəyişikliyə (xüsusilə informasiya dəyişikliyinə) adaptasiya qabiliyyəti yüksək, öz üzərində işləməyi bacaran, öyrənməyi öyrənən, fəaliyyətində müasir texnologiyalar və dövrün tələbinə uyğun mümkün yenilikləri tətbiq edən, yüksək mənəvi keyfiyyətlərə və dünyəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək cəmiyyətin başlıca problemlərindən biridir. Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı təhsilin də rolu böyükdür. Təhsil nəinki ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət edir, eyni zamanda beynəlxalq aləmdə də ölkənin rolunu müəyyən edən əsas amillərdən biri kimi öz ağırlığını saxlayır.  Birləşmiş Millətlər Təşkilatının «Təhsil əsri» kimi elan etdiyi XXI əsrin əsas xüsusiyyətləri təhsilin inkişafına da öz təsirini hiss etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Həyat böyük bir prosesdir. Bu prosesdə  uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır, Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil  işçilərinin üzərinə düşən vəzifələrdir». Elə bu fikri rəhbər tutaraq «müasir dövrün tələbinə cavab vermək», «dünya təhsilinə inteqrasiya etmək» və sairə kimi məqsədləri özündə cəmləşdirən Təhsil islahatları həyata keçirilməyə başladı.  Bu islahatlarının nəticəsidir ki, ilk əvvəl təhsilin quruluşunda təməlli dəyişikliklər oldu. Təhsil pillələri Məktəbəqədər təhsil pilləsi, Ümumi təhsil pilləsi, Ali təhsil piləsi olaraq formalaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının təhsil tarixində ilk dəfə 2006-cı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» adlı sənəd hazırlandı və təklif və rəylər nəticəsində yenidən nəzərdən keçiriliən fənn kurikulumları 2007-ci ildə təsdiq olundu. İbtidai təhsil səviyyəsi üzrə ibtidai təlimin məzmunu və təşkili ilə bağlı zəruri məsələləri özündə əks etdirən təsdiq olunmuş konsepsiya artıq tətbiq olumağa başladı.  Milli Kurikulumun tərkib hissəsi olub, ənənəvidən fərqli olaraq mövzular yox, ayrılıqda hər bir fənnin məqsədini, məzmununu, siniflər üzrə təlim nəticələrini, təlim strategiyalarını, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən Fənn Kurikulumunun Ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsində tətbiqinə bu ildən start verildi. Ənənəvi təhsildən şəxsiyyətyönümlü, şagirdyönümlü, inteqrativlik və tələbyönümlü olmağına görə seçilən Müasir kurikulumun ən xarakterik xüsusiyyətlərindən biri  onun nəticəyönümlü olmasıdır. Ənənəvi təhsil proqramının əsas məqsədi fənlərin tədrisi idisə, Müasir Kurikulumun əsas məqsədi bacarıq və vərdişlərə malik şəxsiyyət yetişdirməkdir və bu məqsəddə fənlər sadəcə məqsədə çatmaq üçün vasitədir. Həm də kurikulumda  şagirdlərin sonda əldə edəcəyi nailiyyətlər əvvəlcədən təlim nəticələri formasında göstərilir və bütün strategiya həmin təlim nəticələrinə çatmaq üçün qurulur. Müasir Kurikulumun əsas məqsədi yaşadığı informasiya bolluğu ilə təchiz olunan cəmiyyətin tələblərinə cavab verən, tənqidi, məntiqi, yaradıcı təfəkkürə malik, özündə istənilən sahə üçün tətbiqi zəruri olan müəyyən bacarıq və vərdişləri formalaşdıran və daim öyrənən, özünü təkmilləşdirən şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

Daha ətraflı "Kurikulum" bölməsində

İnteraktiv resurslar


     "Həyat bilgisi" fənnindən 3-cü siniflər üçün nəzərdə tutulmuş interaktiv oyun


İnteraktiv resurslarla daha ətraflı "Elektron resurslar" bölməsində tanış ola bilərsiniz.

Təhsil Nazirliyində görüş keçirilmişdir


25 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Təhsil Naziriliyinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva “Mədəd Azərbaycan” təşkilatının inzibati və təlimçi heyəti ilə “Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması qaydaları” mövzusunda təlimat xarakterli görüş keçirmişdir. 

Görüşü açıq elan edən Təranə Hacıyeva Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması” mövzusunun vacibliyini qeyd etdi. Təranə xanım bildirdi ki, “Mədəd Azərbaycan” təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012/2013-cü tədris ilində Respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim xidmətlərini həyata keçirən təşkilatlardan biri olduğu üçün təlimçi heyətinin bu müzakirədə iştirakı məqsədəuyğundur. Daha sonra məktəbdaxili qiymətləndirmənin tərkib hissələri barədə danışan Təranə xanım onların müvafiq qaydalara uyğun olaraq tətbiq edilməsinin kurikulum islahatının uğurla davam etdirilməsi ilə sıx bağlı olduğunu vurğulamışdır. Görüş zamanı məktəbdaxili qiymətləndirmənin prinsipləri, əsas xüsusiyyətləri və icra mexanizmi müzakirə olunmuşvə bu məsələlərlə bağlı bütün suallar cavablandırılmışdır.

Daha ətraflı "Təlimlər" bölməsində.