Təlimlər

Təhsil Rəhbərləri üçün Kurikulum Təlimindən Görüntülər/Ağdaş


Mədəd Azərbaycan təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012/2013-cü tədris ilində Respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim xidmətlərini göstərməyə marağını bildirmiş və tenderin qaliblərindən olmuşdur. “Mədəd Azərbaycan” MMC ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 17 avqust 2012-ci il tarixli 4394AZ-QCBS-114 nömrəli müqaviləyə əsasən Lənkəran, Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında 2012/2013-cü tədris ilində Respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimləri həyata keçirməkdədir.

24-28 dekabr 2012-ci il tarixlərində “Mədəd Azərbaycan” MMC tərəfindən Aran-Yuxarı Qarabağ iqtisadi zonası üzrə yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəsisələrinin direktorları üçün Ağdaş rayonunda "Ümumi Təhsildə Kurikulum İslahatı və Onun İdarə Olunması” mövzusunda təlim keçirilmişdir. Təlimlər 3 qrupda, təlimçilər Aqil Həsənov, İlahə Fazilova və Camal Qurbanov tərəfindən həyata keçirilmişdir.

Təlimçilərin verdiyi məlumat əsasən hər 3 qrupda iştirakçılar məşğələlərdə davamiyyətinə, gündəlik fəaliyyətinə və sonda keçirilən (summativ qiymətləndirmə) testdə yüksək nəticə göstərərək təlimi müvəffəqiyyətlə bitirdikləri üçün sertifikata layiq görülmüşlər.Təlimin sonuncu günü keçirilən imtahan Skype vasitəsilə təşkilat rəhbərliyi tərəfindən izlənilmişdir.Təlimin sonuncu günü keçirilən qiymətləndirmədə iştirakçılar təlimin məzmunun çatdırılmasını, təşkilini və təlimçilərin fəaliyyətini yüksək qiymətləndirmiş, bu cür təlimlərin mütəmadi olaraq təşkil olunmasını və təlimə 5 günl yox daha çox vaxtın ayrılmasını tövsiyyə etmişlər.





Hiç yorum yok:

Yorum Gönder